Sumqayıtda narkotik qəbul edərək avtobus sürən şəxs həbs olundu - 2 il, 30 gün - VİDEO

Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












