Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Şöbəyə dəvət olunaraq profilaktik söhbətlər aparılıb və qanunvericiliyə uyğun olaraq həmin şəxs barəsində inzibati tədbir görülüb.
***15:00, 30 yanvar
Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində kobud yol hərəkəti qaydası pozuntusu kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 08:19 radələrində qeydə alınıb.
Videodan görünür ki, “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirib. Eyni zamanda, o, yolayrıcından keçən piyadaya məhəl qoymayaraq təhlükəli vəziyyət yaradıb.
Təbii ki, bu halda sürücülər inzibati məsuliyyət daşıyır və belə davranış həm özlərinin, həm də digər iştirakçıların həyatına ciddi təhlükə yaradır. Hər bir sürücü işıqfor və yol nişanlarına riayət etməklə, həm cərimədən qorunur, həm də yol təhlükəsizliyini təmin edirlər.
Nərmin
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










