Sürət həddinə məhəl qoyulmur - Adamı dayanacaqda da maşın vurur - VİDEO

Sürət həddini aşan sürücü yol kənarında avtobus gözləyən piyadaları vurub. Hadisə səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun Ceyranbatan qəsəbəsindən keçən ərazisində baş verib. Sumqayıtdan paytaxta gələn minik avtomobilinin sürücüsü sürət həddinə məhəl qoymayıb. Piyadalar üçün keçidin yaxınlığında sürücü idarəetməni itirib yol kənarında dayanan Mehman Zeynalov və Zaur Həsənovu vurub. Ağır xəsarət alan hər iki yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, ağır yaralılar reanimasiya şöbəsində həkim nəzarəti altında müalicə alırlar.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu, ilk hadisə deyil. Sakinlər bildirdilər ki, hər həftə həmin yolda piyada vurulur. Səbəb də sürücülərin sürət həddini aşmasıdır. Qeyd edək ki, yolun sağ və sol tərəfində yaşayış evləri salındıqdan sonra ərazidə üç yerdə piyada zolağı çəkilib. Yol boyu piyada keçidini bildirən və saatda 60-km sürəti göstərən nişan da qoyulub. Amma görünən odur ki, həmin yolda sürətə məhəl qoyan sürücü azdır.
Şahidi olduq ki, çox az sürücü sürət həddinə məhəl qoyur. Hətta iri tutumlu yük maşınlarının sürücüləri belə zolağa daxil olan piyadaya məhəl qoymayıb yolu saatda 70-80 km sürətlə keçirlər. Diqqət çəkən məqamlardan biri isə ərazidə nə radar, nə də təhlükəsizlik kamerasının olmasıdır. Elə sakinləri də ən çox narahat edən budur.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu cür sürətli yolda piyada zolağının qoyulması belə təhlükəlidir. Həmin ərazi üçün mütləq yeraltı və ya yerüstü keçid inşa edilməlidir. Ekspert onu da bildirdi ki, belə riskli keçidlərdə isə süni işıqlandırma sistemi olmalıdır. Qeyd edək ki, sürücülər 1 kilometrirlik məsafədə sürətə məhəl qoymaqla cəmi 20 saniyə vaxt itirirlər.
Ağır QƏZA: 35 ölü, 30 yaralı - Bu ölkədə
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO
Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET
Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Gəncənin bu küçəsində bəzi sürücülər "at oynadır" - VİDEO
Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO
Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO
Yolayrıcına təhlükəli şəkildə girən sürücü qəza şəraiti yaratdı - VİDEO










