Sürət həddini aşmağın detalları dəqiqləşdi - VİDEO

Martın 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Avtosfer.az CBC-yə istinadən xəbər verir ki, bir sıra mühüm yeniliyi özündə əks etdirən dəyişikliklər həm ümumi məsələləri, həm də yol hərəkəti iştirakçılarının inzibati məhsuliyyətini əhatə edir.
Dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov: "Yol hərəkəti qaydaları əleyhinə törədilən xətalar üzrə etibarən İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsindən başlayaraq tətbiq ediləcək. Yəni, əvvəlki illər və günlərdə törədilən xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsindən başlayaraq tətbiq edilirdisə, martın 1-dən etibarən 327-ci maddədən başlayaraq sənədləşmə tərtib ediləcək".
Səbrsizliklə gözlənən yenliklərdən biri sürət həddinin aşmasına görə tətbiq edilən cərimənin və balların dəyişməsidir. "Sürət həddinin aşılması 10 və 20 km/saat olarsa, 10 manat məbləğində cərimə nəzərdə tutulub, 21-40 arasında sürət həddinin aşılmasına görə 2 bal və 50 manat məbləğində nəzərdə tutulub. Bu, 41-60 km/saat olarsa, 3 bal və 150 manat məbləğində cərimə nəzərdə tutulub. Eyni zamanda, 61 km/ saat sürət həddindən daha yüksək sürət həddi ilə hərəkət edənlər isə 4 bal və 250 manat məbləğində cərimə olunacaqlar".
Daha bir yenilik icbari siğortası olmayan və ya sığortasının vaxtı keçən nəqliyyat vasitələrinin mərkəzi informasiya sistemində qeydiyyata salınaraq, onların sahiblərinə elektron protokolun tərtib olunmasıdır.
Hüquqşünas Ərşad Hüseynov: "DYP-nin kameralarının bu patrul avtomobillərinin içindəki kamerada ola bilər. Adi küçələrdəki kameralar da. Kameranın qarşısından hərəkət edən avtomobil görünür, onun qeydiyyat nişanı əsasında orada yoxlanır ki, bunun icbari sığortası yoxdur və dərhal elektron protokol tətbiq olunur çox sadə".
Elektron protokollar sürücü və sərnişinlərin təhlükəsizlik kəmərini istifadə etmədiyi tədqirdə də tərtib olunub yaşadıqları ünvana göndəriləcək. Amma bu məsələdə müəyyən çətinliklərlə üzləşmək olar, cünki sərnişinlərin şəxsiyyətini müəyyən etmək heç də asan məsələ deyil.
Ərşad Hüseynov: "Sərnişin bağlamayanda, elektron protokol tətbiq etməyə mümkün olmayacaq, çünki kamera vasitəsi ilə sərnişini eyniləşdirmək mümkün deyil. Kamera vasitəsi ilə avtomobilin nömrəsinin hesabına sürücünü eyniləşdirmək olur. Siz təsəvvür edin ki, kamera sərnişini görür ki, kəməri bağlanmayıb, amma sərnişin kimdir - bunu müəyyən etmək mümkün deyil. Bunu ancaq sonra araşdırma aparıb müəyyən etmək olar".
Sürücülər də Məcəlləyə edilən dəyişikliklərin əksəriyyətini dəstəkləyirlər.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












