“Sürəti sev: yolda deyil, həyatda!” - FOTOLAR

YAP Nərimanov rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Sürəti sev: yolda deyil, həyatda!” layihəsinin açılış mərasimi baş tutub. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı da iştirak edib.
Tədbir zamanı çıxış edən layihə rəhbəri Faiq Məmmədli layihənin məqsədi və icra planı barədə iştirakçılara ətraflı məlumat verib. Layihənin əsas məqsədi davranış normaları haqqında şagirdlərə məlumat vermək, onları yol hərəkəti qaydaları, mədəniyyəti haqqında məlumatlandırmaq və piyadaların vəzifəsinin nədən ibarət olduğunu aşılamaq, eləcə də yol nişanları haqqında məlumat vermək, müəllim–şagird–valideyn münasibətlərinin tənzimlənməsinə kömək etməkdir.
Polkovnik Vaqif Əsədov bu mövzuda fikirlərini və məsləhətlərini gənclərlə bölüşərək qeyd edib ki, yol hərəkəti qaydalarının öyrənilməsində və təbliğ edilməsində gənclərin rolu böyükdür. O, həmçinin ictimai nəqliyyatda və dayanacaqda davranış qaydaları, yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və s. barədə məlumat verib. Daha sonra çıxış edən YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı bildirdi ki, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində zərərin azaldılması və təhlükəsizliyin təmin edilməsinin təşkilində yeni metodların və təşəbüsslərin axtarılıb tapılmasına ehtiyac var.
Tədbirin sonunda iştirakçılara bukletlər paylanıb.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















