Sürətlə yarışan sürücü “TikTok” paylaşımları ilə özünü ifşa etdi - 77-FO-285 - VİDEO

Paytaxt və ətraf ərazilərdə qayda pozan sürücü öz hərəkətini videoya çəkərək “TikTok” sosial şəbəkəsində paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-FO-285 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü sürət həddini aşıb və yol boyu özüylə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. Kadrlarda sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi açıq şəkildə görünür. Mütəmadi olaraq sürət həddini aşan sürücünün yolda quraşdırılan radarların yerini yaxşı bildiyi ehtimal edilir.
Təəssüflə qeyd edək ki, son vaxtlar ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz yüksək sürət səbəbindən baş verir. Sürət həddini aşmaq avtomobilin idarəolunmasını çətinləşdirir, qəza anında reaksiya vermə imkanını azaldır və zərbənin gücünü dəfələrlə artırır. Bu cür davranışlar həm sürücünün, həm də digər insanların həyatını təhlükə altına salır.
Ağır qəzaların baş verməməsi üçün sürücülər yollarda ehtiyatlı davranmalı, sürət həddinə ciddi şəkildə riayət etməli və sosial şəbəkələrdə təhlükəli sürücülük hallarını nümayiş etdirməkdən çəkinməlidirlər.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










