Sürətli yolda ilanvari hərəkət edən sürücü insanlara təhlükə yaratdı - VİDEO

Qaydalar 10 Sentyabr 2024 15:00 Oxunub 232
Sürətli yolda ilanvari hərəkət edən sürücü insanlara təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 8-də, paytaxtın Heydər Əliyev prospektində baş verib.

Belə ki, 77-AD-983 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü iki sürətli zolağın arası ilə hərəkət edərək avtomobillərə təhlükə yaradıb. Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücülər təhlükə yarandığını görən anda həmin avtomobildən qorunmağa başlayıblar.

Sözügedən videonu təqdim edirik:

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh