Sürətli yolu kəsən qoçu sürücü əl-qol atıb söyüş söydü - VİDEO

Bakı-Sumqayıt yolunda iki sürücü arasında yaşanan mübahisənin videogörüntüsü avtomobildəki kameraya qeyd olunub. Videonu qeydə alan sürücü Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, adıçəkilən yolun sol zolağı ilə hərəkət edən zaman onun qarşısını 50-DB-792 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü kəsib: "Sürətli yolun sol zolağı ilə hərəkət edərkən "Opel" markalı avtomobilin sürücüsü qarşımda asta sürətlə gedərək ötmə əməliyyatı etməyimə və sürəti artırmağıma çətinlik yaratdı. Səs siqnalı ilə xəbərdarlıq etməyimə baxmayaraq sanki qarşımı kəsirmiş kimi asta sürətlə hərəkətinə davam etdi. Bundan sonra hər ikimiz yolun sağ kənarına keçib məsələni aydınlaşdırmağa çalışdıq. Sükan arxasında yaşlı insan olduğu üçün mən normal şəkildə öz iradımı bildirim. Lakin o, əl qol hərəkətləri edərək mənim ünvanıma nalayiq söyüşlər söydü".
Sürücü qeyd edir ki, mübahisənin genişlənməməsi üçün hərəkətə başlayaraq yoluna davam edib.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










