Sürücü 20 metrlik məsafəni bir zolaqda hərəkət edə bilmədi - VİDEO

Sürücülərin yollarda ən çox yol verdiyi qayda pozuntularından biri düzgün manevr etməmələridir. Avtosfer.az xəbər verir ki, bir çox sürücü hərəkət etdiyi zolaq üzrə irəliləyə bilmir. Xüsusilə yolun döngəli hissələrində zolaqdan çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradırlar.
Belə sürücülərdən biri iyunun 7-də paytaxtın Heydər Əliyev prospektində hərəkət edən avtomobildə quraşdırılmış kameraya düşüb. Belə ki, 77-HJ-282 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü əvvəlcə sağa dönmə işığını yandırmasına baxmayaraq sol zolağa keçib. Daha sonra yenidən sağ zolağa keçərək görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb. Beləliklə, sürücü cəmi 20-30 metrlik məsafəni bir zolaqda hərəkət edə bilməyib.
Belə sürücülər yol sağa döngəli olanda sol zolağa, sola döngəli olanda isə sağ zolağa keçirlər. Səbəb isə döngə olan hissələrdə nişanlanma xətlərinə baxmamalarıdır.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












