Banner

Sürücü bu qaydanı bilmədiyi üçün keçiddə təhlükə yaratdı - VİDEO

Qaydalar 13 Mart 2025 20:00 Oxunub 2340
Sürücü bu qaydanı bilmədiyi üçün keçiddə təhlükə yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda piyada keçidində intizamsızlıq edən sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-GC-079 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü keçiddə piyadanın olmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh