Sürücü dayanmaq əvəzinə sürəti artırıb qəza şəraiti yaratdı - VİDEO
Qaydalar
8 Avqust 2024 12:38
Oxunub 542
Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 5-də, paytaxtın Cəfər Xəndan küçəsində baş verib. Belə ki, 90-FM-775 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolayrıcına daxil olan zaman qarşısındakı avtomobillərin sola döndüyünü görüb. Bu zaman o, dayanıb sağ zolaqla hərəkət edən sürücüyə yol vermək əvəzinə onu sıxışdırıb. Qəza şəraiti yaradan sürücü heç nə olmamış kimi yoluna davam edib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR