Sürücü əks yola çıxıb irəli düşmək istədi, lakin... - VİDEO

Təhlükəli manevrlər edən sürücünün videogörüntüsü avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 99-VE-195 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü fevralın 17-i paytaxtın Aşıq Ələsgər küçəsində ara məsafəsini gözləmədən təhlükəli şəkildə ötmə əməliyyatı həyata keçirib. Daha sonra qarşısındakı avtobusu keçmək üçün qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolaqda axına qarşı hərəkət edib.
Bütün bu hərəkətlərdən sonra sürücü "Ukrayna" dairəsində dayanaraq avtomobillərə yol verməli olub.
Videodan da göründüyü kimi sürücü qaydaları pozub yüksək sürətlə hərəkət edərək irəli düşmək istəyib, lakin bu alınmayıb.
Bu cür sürücülərdən qaydaları nəyə görə pozduğunu soruşduqda isə, ya tələsirəm, ya da xəstəm var deyərək müxtəlif bəhanələr gətirirlər. Pozduqları qaydaya görə vaxt udmadıqlarını isə heç vaxt anlamaq istəmirlər.
Təbriz
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











