Sürücü hərəkəti iflic etdi, xanımı isə "söhbət xırdaladı": "Az danış, ağsaqqallıq eləmə" - VİDEO

Xırdalan şəhərində qaydaları pozan sürücü yolda hərəkəti iflic edib. Avtosfer.az xəbər verir ki, hadisə Vüsal Xəlilov küçəsində qeydə alınıb. Belə ki, 77-YK-906 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun ortasında dayanaraq yolu kəsib. Sonradan həm arxadan həm də qabaqdan avtomobillər gəldiyi üçün yolda hərəkət iflic olub. Görüntünü qeydə alan sürücü geriyə hərəkət edərək yolun açılmasına şərait yaradıb.
O, sürücüyə normal şəkildə irad bildirən zaman, yanındakı xanım kobud şəkildə "az danış", "yolunu dəyiş başqa yerdən get", "az ağsaqqallıq elə" - deyərək özünü haqlı çıxarıb. Sürücü isə ona deyilən sözün əhəmiyyətsiz olduğunu görərək yoluna davam edib.
Qeyd edək ki, hadisə nəticəsində yolda 4 dəqiqədən artıq ləngimə baş verib. Təəssüf ki, bəzi sürücülər qaydalara məhəl qoymayaraq yalnız öz rahatlıqlarını düşünürlər. Maraqlıdır ki, belə insanlar eyni vəziyyətə özləri düşəndə anlayış göstərmək əvəzinə, daha aqressiv reaksiya verirlər. Lakin özləri belə vəziyyət yaradanda özlərində heç bir səhv görmürlər.
Fərid
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO
Bir həftəlik qazancını 30 saniyəyə qurban verən moto kuryer - VİDEO
Qabağa düşmək istəyən taksi sürücüsü əks yola çıxıb ötmə etdi - VİDEO
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO










