Sürücü kameranın altında maşınların üzərinə "protiv" getdi - VİDEO
Qaydalar 19 Aprel 2021 12:20 Oxunub 658
Sürücü kameranın altında maşınların üzərinə "protiv" getdi - VİDEO

Bakıda əks istiqamətə çıxan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, 42-CF-460 qeydiyyat nişanlı "Vaz" markalı avtomobilin sürücüsü aprelin 16-ı paytaxtın Binəqədi şossesində sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Qarşıdan gələn avtomobillərin üzərinə gedən sürücü onlara təhlükə yaradıb. 
Həmin yolayrıcında nəzarət kamerasının olmasına baxmayaraq sürücü bu hərəkəti çəkinmədən edib. Görünür ki, kamera sözün həqiqi mənasında yalnız nəzarət üçün quraşdırılıb. Törədilən xətalara görə sürücülər barəsində elektron protokollar tərtib olunmadığı üçün, onlar rahatlıqla qayda pozmağa cürət edirlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh