Sürücü maşını nasaz vəziyyətdə yolun ortasına atıb təhlükə yaratdı - VİDEO

Bakıda avtomobili nasaz vəziyyətdə olan sürücünün təhlükə saçan hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Babək prospektində qeydə alınıb.
Belə ki, "Pegout" markalı avtomobilin sürücüsü yaranmış nasazlığa görə yolun sol tərəfində parklanma edib. Lakin nə qəza dayanma nişanını, nə də işıq siqnalını qoşub.
Avtomobilin nasaz olmasını bildirən sürücü çıxış yolunu kapotu açmaqda görüb. Lakin bu hərəkət inzibati məsuliyyət yaradır.
Qanunvericilikdə qeyd olunub ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.
Bu qaydalara əməl etməyən sürücülər dayanma-durma qaydasını pozmuş hesab edilirlər.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










