Sürücü maşını piyada keçidində məktəbli qızın üstünə sürdü - VİDEO

Qaydalar 19 Oktyabr 2021 11:20 Oxunub 1316
Sürücü maşını piyada keçidində məktəbli qızın üstünə sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyada keçidində piyadaları təhlükəyə atan sürücünün hərəkəti avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, oktyabrın 18-də paytaxtın Qara Qarayev prospektində hərəkət edən 99-BU-518 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidində dayanmayıb. Sürücü keçiddə piyadaların hərəkət etməsinə məhəl vermədən gəldiyi sürətlə hərəkətinə davam edib. Bu zaman keçiddən istifadə edən məktəbli qız təhlükə ilə üzləşib. Belə ki, o, üzərinə maşının gəldiyini görən anda dayanaraq baş verə biləcək hadisədən son anda qurtuldu.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini
azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış
nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh