Banner

Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB

Qaydalar 28 Yanvar 2026 14:18
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıxanovda təhlükəli manevrlər edən motosiklet sürücüləri ilə bağlı araşdırmalara başlanılıb.
 
Bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli cavab olaraq bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılmış videogörüntü ilə əlaqədar hazırda tərəfimizdən araşdırma aparılır və sürücülər müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

***13:11

Ötən gecə Bakıda motosiklet sürücüləri təhlükəli manevrlər edib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində motosiklet sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman onu bir təkər üzərinə qaldırıb. Bu zaman sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

Sözügedən kadrları təqdim edirik:

Oxunub 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh