Sürücü olmayan velosiped zolağına görə cərimələndi - 100 manat 2 bal - FOTO

Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, 77-GE-291 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobili oktyabrın 1-də, paytaxtın Hüseyn Cavid prospektində park edib. Avtosfer.az xəbər verir ki, dayanma-durmanı qadağan edən heç bir hal olmadığı halda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsilə 2 bal 100 manat məbləğində cərimə tətbiq edilib. Məlum olub ki, elektron qərar velosiped zolağında park edilməyə görə tərtib olunub. Lakin qeydə alınmış fotolardan da aydın şəkildə görünür ki, dirək üzərində 4.5 nişanı olsa da, asfalt üzərində nişanlanma xətti yoxdur. Hərəkətin təşkilində natamamlıq olduğu halda sürücüyə cərimə yazılması doğru hesab olunmur.
Qeyd edək ki, 4.5 nişanı olduğu halda, nişanlanma xətləri ilə həmin zolaq digər hərəkət zolaqlarından ayrılmalıdır.
Fərid
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO
Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI
Masazırda ard-arda kobud qayda pozan sürücü təhlükə saçdı - VİDEO
Səbrsiz sürücü əks yola çıxıb maşının üzərinə sürdü - 90-ZF-990 - VİDEO
Uşağı məktəbə gətirən sürücü öz rahatlığı üçün maşını səkidə park etdi - VİDEO
Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək - Qərar imzalandı
Qəza işıqlarını yandırıb maşını yolun ortasında park etdi; yolu bağladı - VİDEO













