Sürücü nişanın tələbinə əməl etdiyi halda cərimələnib - VİDEO
Qaydalar
5 Avqust 2026 13:00

Bakıda sürücü qayda pozmadığı halda cərimələnib. Avtosfer.az xəbər verir ki, 77-HR-988 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü sol zolaqla hərəkət edərkən bu zolağın yalnız sola dönmək üçün nəzərdə tutulduğunu görüb. Bu səbəbdən o, yolayrıcına çatmamış sağ zolağa təhlükəsiz şəkildə yerdəyişmə edərək hərəkətini davam etdirib. Lakin kamera vasitəsilə onun barəsində 40 manat cərimə tətbiq edilib.
Videodan da aydın şəkildə görünür ki, zolaqlar arasında olan xətlər, həm də istiqaməti bildirən oxlar görünməz vəziyyətdədir. Sürücü sağ zolağa keçdiyi hissədə manevri qadağan edən bütöv xəttin olmamasını əsas gətirərək, barəsində tətbiq edilən cərimənin düzgün olmadığını iddia edir və qərarın ləğv edilməsini xahiş edir.
Fərid
Oxunub : 1528
DİGƏR XƏBƏRLƏR
26 Oktyabr 2026 18:25
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
26 Oktyabr 2026 17:30
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
26 Oktyabr 2026 13:00
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
26 Oktyabr 2026 10:00
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
26 Oktyabr 2026 09:00
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
ŞƏRH YAZ












