Sürücü onun yerində dayanan maşının qarşısını kəsib evə getdi - ŞİKAYƏT - FOTO

Sürücü parklanma yerində başına gələn hadisənin görüntüsünü redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Məmmədəli Şərifli küçəsində (“İnci” şadlıq sarayının yanında) baş verib. Belə ki, sürücü yük götürmək məqsədilə avtomobili yaşayış binasının parklanma yerində saxlayıb. Bu zaman bina sakinlərindən biri onun qarşısını kəsib: “Ağır bir yükü götürmək üçün maşını parklanma yerində saxladım. Bu zaman 99-HD-502 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü əlimdəki yükü görə-görə maşınımın qarşısında saxladı və getdi. Düşündüm ailəsini evə ötürdükdən sonra qayıdıb yol verər. Lakin onun yerində saxladığım üçün cəza olaraq maşını çəkməyəcəyini bildirdi. Divarda və yerdə hec bir qeyd olmadığı halda həmin yerin kimə məxsus olduğunu bilməyim mümkünsüz idi. Nə qədər izah etsəm də sürücü anlamadan avtomobili orada atıb getdi. Təxminən 1 saatdan sonra şəkildə sağ tərəfdə görünən ağ rəngli “Toyota Land Cruiser”in sahibi harasa getmək üçün maşını çıxartdı. Bunda sonra mənə yol açıldı və oradan çıxa bildim”- deyə oxucu bildirib.
Sürücü baş verən hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng etdiyini bilidirib.
Fərid
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO













