Sürücü polisə: "Təkcə mənəm qanunu pozan?" - VIDEO-FOTO

Şəkidə reyd zamanı gərgin anlar yaşandı. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Avtomobil Nəzarəti Xidməti və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Şəkidə birgə reydlər keçirib. Yoxlamalar zamanı qayda pozuntusuna yol verən sürücülərə qarşı inzibati protokollar tərtib edilib, bəzi avtomobillər cərimə meydançasına aparılıb. Səhər saatlarından başlayaraq, Şəkidə avtomobillərin sıxlığı ilə seçilən - Qoxmuq dairəsində reyd keçirilib. Yoxlamalarda məqsəd qanunsuz sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparmaq olub. Reyd zamanı bir sıra maraqlı faktlar aşkarlanıb. Yoxlamalar nəticəsində fərqlənmə nişanı olmadan texniki və tibbi müayinədən keçməyən, vergi ödəməkdən yayınan 20-ə yaxın sürücüyə qarşı inzibati qaydada protokol tərtib edilib. Sürücülərlə polis aməkdaşları arasında maraqlı dialoqlar da yaşanıb:
Sürücü - Valla, qanuna yazılandan sonra xəbərim yoxdur. Mən işə gedib-gəlirəm.
Polis əməkdaşı - Sən bizim uşaqlarla kobud danışma. Sən çörək qazanırsan. Dövlətimizin büdcəsinə nəsə ödəməlisiz axı.
- Qeyri-qanuni mən işləyə bilmərəm ki!
- İşləyirsən axı!
- Təkcə mən işləmirəmki!
Qanunsuz sərnişindaşıma ilə məşğul olan bir neçə nəfərin avtomobili cərimə meydançasına aparılıb. Qanunsuz yük və sərnişindaşıma fəalliyyəti ilə məşğul olan sürücülərə qarşı bu cür reydlərin davam etdirilməsi gözlənilir.





Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












