Avtosfer.az | Reklam
Sürücü "protiv" çıxıb qorxunc anlar yaşatdı - VİDEO
Qaydalar 24 Sentyabr 2020 10:00 Oxunub 814
Sürücü "protiv" çıxıb  qorxunc anlar yaşatdı - VİDEO

Bakıda ölümə tələsən sürücünün videogörüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sentyabrın 23-ü paytaxtın Müzəffər Nərimanov küçəsində (Şəfa stadionun yanında) hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət edib. O, yol hərəkəti qaydasını kobud şəkildə pozaraq qarşıdan gələn avtomobilə təhlükəli anlar yaşadıb. Videogörüntünü qeydə alan sürücü toqquşacağını görən vaxt qəfil sağa manevr edərək qəzadan son anda yayına bilib.

Qeyd edək ki, sürücünün sürəti çox yüksək olduğu üçün qeydiyyat nişanı görüntüdə əks olunmayıb. 
Ümid edirik Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yaxınlıqda olan şəhər kameralarına baxış keçirərək sürücünü müəyyən edib barəsində ciddi tədbir görəcək.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh