Sürücü qapılarını açaraq piyadalara və maşınlara mane oldu - DYP CƏZALANDIRDI - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, “Opel” markal avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü ilə bağlı yayılan məlumat araşdırılıb və məsələyə hüquqi qiymət verilib. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində idarə etdiyi 90-HX-944 dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydalarını pozan sürücünün Göyçay rayon sakini Rizvan Mahmudov olması müəyyən edilib və həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.
_________________________________________________________________________________________________________________________________
11.09.2024
12:11
Xırdalanda yol hərəkəti qaydalarını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 10-da, Mehdi Hüseynzadə küçəsində baş verib.
Belə ki, 90-HX-944 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü əks yolda parklanma edərək qaydanı pozub. Bu azmış kimi qapıları açıq saxlayaraq həm avtomobillərə, həm də səkidə hərəkət edən piyadalara mane olub.
"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.
Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










