Sürücü qayda pozmadığı halda cərimələndiyini bildirir: "Orada dayanmağa şərait yaradıblar" - VİDEO

Qaydalar 5 Noyabr 2024 17:30 Oxunub 404
Sürücü qayda pozmadığı halda cərimələndiyini bildirir: "Orada dayanmağa şərait yaradıblar" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları pozmadığı halda cərimələndiyini iddia edən sürücü redaksiyamızın sosial şəbəkə ünvanına müraciət edib. Avtosfer.az xəbər verir ki, sürücü oktyabrın 1-də, idarə etdiyi 77-GR-147 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobili paytaxtın Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin qarşısında) park etdiyi üçün cərimələnib. O bildirir ki, cərimə qayda pozuntusu olmadan yazılıb: "Qeydə aldığım videodan da aydın şəkildə görünür ki, park etdiyim əraziyə giriş üçün yer də təşkil olunub. Bununla yanaşı avtomobillərin park olunduğu məkan böyük ərazidir, səki deyil. Əgər burada parklanma qadağandırsa niyə giriş üçün yer qoyublar və sürücüləri qayda pozmağa məcbur edirlər? Bu qərarla bağlı Dövlət Yol Polisi İdarəsinə müraciət etmişəm, lakin oradan heç bir reaksiya verilməyib" - deyə sürücü bildirib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh