Sürücü qayda pozub törətdiyi əmələ haqq qazandırdı: “Özüm bilərəm” - VİDEO

Paytaxtın “Nərimanov” metrostansiyasının yaxınlığında qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 14-ü saat 16:35 radələrində baş verib. Videodan göründüyü kimi, 77-PE-784 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olan avtomobilin zolağına keçməyə cəhd edib. Bu zaman sürücü siqnal verərək ona xəbərdarlıq edib və qayda pozan şəxs yenidən öz yoluna qayıdıb. Daha sonra sürücülər arasında kiçik mübahisə yaranıb. Təhlükəylə üzləşən sürücü ona “güzgü göstərmir? görünmür?” - deyə, sual verib. Qayda pozan sürücü isə “özüm bilərəm, dönmə işığını yandırmışdım” deyərək törətdiyi qayda pozuntusuna haqq qazandırıb. Bu zaman sürücü daha çox qəzəblənib.
Qeyd edək ki, bəzi sürücülər dönmə işığını yandırdıqları zaman manevr qaydasını pozmadıqlarını düşünürlər. Lakin hər iki halda sürücülər qaydanı pozmuş olurlar.
Nərmin
Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - 77-DD-297 - VİDEO
Avtobusu yolayrıcında saxlayıb sərnişin düşürən sürücü hərəkəti əngəllədi - VİDEO
Həbsindən dərs çıxarmayan sürücü Gəncə küçələrində yenidən “hoqqa” verir - VİDEO
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edildi - 15 SUTKA - VİDEO
Sürücü məsafəni qısaltmaq üçün birtərəfli yolda "protiv" sürdü -90-CZ-990 - VİDEO
Bu sürücü nə etdiyini bilmir: Boş yeri qoyub yolun ortasında saxladı - VİDEO
Təhsil müəssisələri yaxınlığında səs-küy salmağa görə cərimə tətbiq edilməlidir? – Ekoloqdan AÇIQLAMA
Maşını yolun ortasında park edən kişi digər sürücünü özündən çıxartdı - VİDEO
Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? - EKSPERT AÇIQLADI
"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO











