Sürücü qəza təhlükəsi yaradıb qarşı tərəfi borclu çıxardı - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsində baş vermiş qayda pozuntusu sürücülərin mübahisəsiylə nəticələnib. Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, “VAZ” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan sağa keçərək soldan ötmə edib.
Bu zaman təhlükəylə üzləşən sürücü siqnal verib. Lakin qayda pozan sürücü ona əhəmiyyət vermədən yoluna davam edib. Daha sonra qəza riski yaşayan sürücü qayda pozan şəxsə iradını bildirib. “Qardaş, sən nə edirsən? Düzgün yolunu gəlib niyə qarşıma keçirsən?” deyə sürücü etiraz edib. Qayda pozan sürücü isə öncə qarşı tərəfi günahlandırmağa çalışsa da sonda heç nə demədən ərazidən uzaqlaşıb.
Qeyd edək ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cəriməylə nəticələnir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










