Sürücü rahatlığı üçün qoşa xətdən döndü; təhlükə yarandı - VİDEO
Qaydalar
25 Avqust 2025 11:00
Oxunub 1594

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 10-da, paytaxtın Bibiheybət yolunda qeydə alınıb. Belə ki, 77-VT-093 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü qoşa xəttin üzərindən sola dönərək məsafəni qısaltmağa çalışıb. O, manevr edən zaman tormoz verərək arxadan gələn avtomobillərə təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
ŞƏRH YAZ














