Banner

Sürücü sıxlıqda qabağa düşmək üçün əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO

Qaydalar 29 İyul 2025 09:30 Oxunub 844
Sürücü sıxlıqda qabağa düşmək üçün əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində qaydaları pozan sürücünün hərəkəti kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-NU-150 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sıxlıq zamanı qabağa düşmək üçün qoşa xəttin tələbini pozaraq əks yola keçib. Bu hərəkəti etməklə qarşıdan gələn avtomobillərin sürücülərinə maneə yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh