Sürücü tıxaca düşməmək üçün əks yolla hərəkət etdi - VİDEO
Qaydalar
2 Oktyabr 2025 10:00
Oxunub 4650

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 55-BP-202 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü tıxac zamanı qaydaları pozub. O, qoşa xəttin əks tərəfinə keçərək hərəkət edib. Qarşıdan avtomobillərin gəldiyini görən sürücü daha sonra sağa keçərək öz yoluna qayıdıb.
Qeyd edək ki, bu hərəkətə görə sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Fərid
ŞƏRH YAZ














