Sürücü yol polisinin yanında kobud qayda pozdu - VİDEO
Qaydalar 22 Yanvar 2021 15:35 Oxunub 1576
Sürücü yol polisinin yanında kobud qayda pozdu  - VİDEO

Yol polisinin gözü qarşısında qayda pozan sürücünün görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-PS-148 qeydiyyat nişanlı avtomobilin sürücüsü yanvarın 13-ü Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqamətində hərəkət edən zaman bütöv xəttin tələbini pozaraq avtomobillərə mane olub. Qeyd edək ki, o bu hərəkəti yol polisinin gözü qarşısında edib.

Bildiyimiz kimi adıçəkilən yolun həmin hissəsində hər gün sıxlıq və tıxac yaranır. Bunun səbəbi isə gedəcəyi istiqamətdə zolağını öncədən düzgün seçməyib bu cür qayda pozan sürücülərdir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh