Sürücü yolu kəsdi, sərnişin isə YPX postunda şər atdı - VİDEO

Qaydalar 12 Avqust 2021 18:05 Oxunub 15066
Sürücü yolu kəsdi, sərnişin isə YPX postunda şər atdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Ələt-Astara yolunda hərəkətdə olan avtomobilin sürücüsü qaydaları pozub, sərnişini isə digər sürücünü şərləyib. Görüntüləri qeydə alan sürücü baş verən hadisənin videosunu redaksiyamızın elektron ünvanına göndərərək bildirib ki, sözügedən yolda ötmə əməliyyatı edərkən sol zolağı zəbt edən sürücü onun yolunu kəsib: "Mən ötmə əməliyyatı etmək istəyən zaman işıq siqnalları ilə ondan zolağın boşaldılmasını istədim. Lakin o, dönmə işığını sola yandıraraq yol verməyəcəyini bildirdi. Həmin avtomobilin sürücüsü və sərnişini mənim yol istəməyimdən qəzəblənərək Salyan postunda polis əməkdaşlarından mənim saxlanılmamı tələb etdi. Yol polisi əməkdaşı məni saxladıqdan sonra sözügedən avtomobildəki sərnişin bizə yaxınlaşdı və mənə şər ataraq guya yolda ziqzaqvari hərəkətlərlə avtoxuliqanlıq etdiyimi bildirdi. Daha sonra Daxili İşlər Nazirliyinə müraciət edəcəyini deyərək avtomobilə oturub ərazidən uzaqlaşdı.
Avtomobilimdəki kameraya düşən görüntüləri polis əməkdaşlarına təqdim etdikdən sonra məlum oldu ki, həqiqətən də qayda pozan mən yox, o sürücüdür. Videogörüntüdə qayda pozuntusu aşkar edilmədiyi üçün polis əməkdaşları məni sərbəst buraxdı".

Qeyd edək ki, 10-ML-220 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü həm yolun hərəkət hissəsində yerləşmə qaydasını, həm də YPX postunda yol çiyni olduğu halda dayanma-durma qaydasını pozaraq hərəkət hissəsini zəbt edib. Eyni zamanda sərnişin qaydalar çərçivəsində hərəkət edən sürücüyə şər-böhtan ataraq polis əməkdaşlarına yalan məlumat verib.

Avtosfer.az-a verilən məlumata əsasən şər atan sərnişin keçmiş yol polisi əməkdaşıdır.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh