Banner

Sürücü yolun ortasında qərarsız qaldı: Gah sola döndü, gah sağa - VİDEO

Qaydalar 3 Sentyabr 2025 11:00 Oxunub 1024
Sürücü yolun ortasında qərarsız qaldı: Gah sola döndü, gah sağa - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda manevr qaydasını pozan sürücü digər nəqliyyat vasitələrinin sürücülərinə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 6-da, paytaxtın Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 77-RL-563 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü düzünə və sola hərəkət təşkil edilmiş zolaqdan əvvəlcə sola dönməyə hazırlaşıb. Lakin daha sonra qəfil qərarını dəyişərək sağa dönüb. Bu zaman həm sağ zolaqdakı, həm də arxadan gələn sürücüyə təhlükəli vəziyyət yaradıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh