
Sürücü yoluna anidən çıxan kombaynı görüb baxın qəzadan necə xilas oldu - VİDEO
Qaydalar
2 İyul 2025 16:00
Oxunub 1182

Quba-Xudat yolunda qayda pozan sürücünün görüntüsü avtomobilin videoregiatratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən kombayn sürücüsü qarşı tərəfdən gələn maşına əhəmiyyət vermədən əks istiqamətli yola çıxıb. Bu vaxt o, yaxınlaşmaqda olan avtomobilə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək sağa manevr edərək maşının sürətini azaldıb və baş verəcək qəzanın qarşısını alıb.
Nərmin
ŞƏRH YAZ