Sürücüdən şok açıqlama - “Nəqliyyat Departamentinə ayda 200 manat verirdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı vəfat edən tələbə İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. N.Hüseynovun 6 ailənin həyatını məhv etdiyini deyib və ağlayaraq sürücünü söyüb: “Ömrümə bir gün də qalsa, səni məhv edəcəyəm. Kasıblıqla övlad böyütmüşdük. Ondan sonra anası yataq xəstəsi oldu”. Qəzada yaralanan tələbə A.Abbas deyib ki, hər gün maşına 20-25 tələbə minib. Təqsirləndirilən Namiq Hüseynov deyib ki, həmişə tələbələrə xəbərdarlıq edib: “Deyirdim vaxtında gəlin, gecikməyin. Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər”.
N.Hüseynov artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib. N.Hüseynovun onu tanımayan vəkili Şirin Atayev başqa məhkəmə iclasında vəkil olduğunu deyərək çıxıb getmək istəyib. Hakim isə buna icazə verməyib.
N.Hüseynov vəkilindən imtina etdiyini deyib: “Bu vəkil ötən iclasda da yatmışdı. Görüşə də çağırdım, gəlmədi”. Vəkil Ş.Atayev də N.Hüseynovu müdafiə etmək istəmədiyini deyib. Lakin hakim tərəflərin istəyini nəzərə almayıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












