Sürücülər arasında yayılmış "boş yer" xəstəliyi - CƏRİMƏSİ NƏ QƏDƏRDİR? - VİDEO

Sürücülərin mütəmadi şəkildə pozduqları qaydalardan biri də manevrdir. Avtosfer.az xəbər verir ki, yollarda manevr qaydasına əməl edən çox az sayda sürücü görmək olur. Bu qaydanı pozan sürücülərdən birinin hərəkətləri avtomobildəki kameraya düşüb. Belə ki, 90-SL-319 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü lüzumsuz yerə bir neçə dəfə manevr edib və bu zaman qaydaları pozub. Videodan da göründüyü kimi sürücü gah sola, gah da sağa manevr edir. Manevr edən zaman isə qaydalara əməl etmədiyi üçün qonşu zolaqdakı sürücülərə maneə yaradıb.
Qeyd edək ki, son zamanlar sürücülər arasında "boş yer" xəstəliyi yaranıb. Əksər sürücülər bir zolaq üzrə hərəkət edə bilmirlər. Əsasən tıxac zamanı harada boş yer görürlərsə ora manevr edərək həm təhlükə yaradırlar, həm də yolda vəziyyəti daha da gərginləşdirirlər.
Bu cür sürücülərin törətdikləri qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə məsuliyyət yaradır və 40 manat cəriməsi var.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










