Sürücülər Azneft dairəsindəki bu qaydadan xəbərsizdir - 80 manat cəriməsi var - VİDEO

Azneft dairəsində sürücülər kütləvi şəkildə qayda pozurlar. Avtosfer.az xəbər verir ki, Neftçilər prospektindən (Qız qalası istiqamətindən) gələn sürücülər sağa-Niyazi küçəsinə dönən zaman qaydaları kobud şəkildə pozurlar. Çox təəssüf ki, əksər sürücülər bu qaydadan xəbərsizdirlər.
Belə ki, sözügedən istiqamətdən gələn sürücülər svetoforun əlavə bölməsi üzrə hərəkət edən zaman əsas bölməyə diqqət etməlidirlər. Yəni, əsas bölmədə yaşıl işıq yanırsa, sağa dönən zaman üstünlüyə malikdirlər. Lakin əsas bölmədə qırmızı işıq yanırsa, bu zaman dairədən gələn sürücülərə yol verdikdən sonra sağa dönməlidirlər. Əks halda 3 bal 80 manat cərimə oluna bilərlər.
"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində qeyd olunub ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Könül
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











