Sürücülər bu dairədə "protiv" gedib təhlükə yaradırlar - DYP-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məsələ ilə bağlı Oxu.az-a bildirib ki, qeyd edilən ərazidə bəzi sürücülər yol nişanının tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradırlar: "Təbii ki, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanunamüvafiq tədbir görülür. Məlumat üçün bildirim ki, sözügedən yerdə yol hərəkəti qaydasının pozulması nəticəsində bir neçə dəfə qəza baş verib. Xoşagəlməz halların yaşanmaması üçün sürücülər diqqətli olmalı və qaydalara da ciddi şəkildə riayət etməlidirlər".
*** 28 fevral, 10:00
Paytaxtın Qaradağ rayonu ərazisində sürücülər təhlükəli vəziyyət yaradırlar. Bu barədə oxuculardan biri Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, söhbət Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış kompleksinin girişindəki dairədən gedir. Belə ki, həmin ərazidə hərəkət edən sürücülərin əksəriyyəti dairəyə daxil olmadan əks yola çıxırlar. Bu isə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Həmin dairədə qeydə alınmış videoda da aydın şəkildə görünür ki, 99-OT-265 qeydiyyat nişanlı "Ravon" markalı və 10-HU-172 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüləri dairəyə daxil olmadan əks istiqamətdə hərəkət ediblər. Bu zaman hər iki sürücü görüntünü qeydə alan avtomobilin sürücüsünə təhlükəli vəziyyət yaradıb. İrad bildirən zaman isə onlardan biri "yaxşı edirəm", digəri isə "sən mənə yol öyrədəcəksən?" deyərək özlərinə haqq qazandırıblar.
Ərazidə təhlükəsizlik kamerasının olmaması sürücülərin intizamsızlığının artmasına səbəb olur.
Fərid
Qırmızı işıqda səhv zolaqdan yolayrıcına girib qəza şəraiti yaratdı - VİDEO
Yolu səhv salan sürücü səkiyə çıxıb qırmızı işıqda keçdi - VİDEO
Yüksək sürətlə gedən sürücü ayırıcı zolağın üzərində ötmə etdi - VİDEO
Qırmızıda skuterlə keçiddən keçən oğlan az qala qəza törədəcəkdi - VİDEO
Nömrəsiz motosikletlə “şou” göstərdi: Əks yola çıxdı, maşınların arasından şütüdü - VİDEO
Prospektdə təhlükəli anlar: Moped sürücüsü beton arakəsmədən əks yola çıxdı - VİDEO
Eyni anda 3 kobud qayda pozan sürücü: 7 bal 300 manat - VİDEO
Yol verməyib təhlükə yaradan sürücü əlini çıxarıb narazılıq etdi - VİDEO
Yağışlı havada "avtoş"luq edən saxlanıldı
Bakıda sürücülər arasında gərginlik: “Öz zolağımla gedirəm, sən çıxırsan üstümə” - VİDEO
Qarşıdan gələn maşının yolunu kəsib qəza şəraiti yaratdı - 77-RY-378 - VİDEO












