Sürücülər bu qaydanı qəsdən pozurlar: Tıxacın əsl səbəbi budur - VİDEO

Yolayrıcının keçilməsi ilə bağlı qaydalara əməl etməyən sürücülərə hələ də tez-tez rast gəlinir. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında tıxacın artmasının əsas səbəblərindən biri sürücülərin intizamsız davranışıdır. Tıxacla bağlı vəziyyət xüsusilə yolayrıclarında daha qabarıq şəkildə özünü göstərir.
Belə ki, sürücülər yolayrıcının o biri tərəfində tıxac olmasına baxmayaraq, yaşıl işıq yanan kimi kəsişmə yerinə daxil olurlar. Bu isə digər istiqamətdən gələn avtomobillərin yolunu kəsir və hərəkətin iflic olmasına səbəb olur.
Bu cür hallardan biri paytaxtın Vaqif prospektinin Azadlıq prospekti və eləcə də Səməd Vurğun küçəsi ilə kəsişməsində qeydə alınıb. Videodan aydın görünür ki, Vaqif prospekti ilə hərəkət edən sürücülərə yaşıl işıq yansa da, yolda hərəkət məhdudlaşıb. Bunun səbəbi Azadlıq prospekti ilə hərəkət edən bir neçə sürücünün yolayrıcına daxil olaraq hərəkəti çətinləşdirməsidir.
Eyni vəziyyət Səməd Vurğun küçəsi ilə kəsişmədə də yaşanıb. Sürücülər yolun sonunda sola dönə bilməyəcəklərini görsələr də, kəsişmə yerinə daxil olaraq orada qalıb və yolayrıcını zəbt ediblər.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Evakuatorla təhlükəli hərəkət edən sürücü: Sağdan ötüb piyadaya təhlükə yaratdı - VİDEO
İki maşınlıq yerə sığmayan sürücü ikinci cərgədə dayanıb yolu kəsdi - VİDEO
Avtoxuliqanlıq edən "BMW" sürücüsü həbs olunub - FOTO - VİDEO
Narkoman “Renault” sürücüsü ifşa olundu - FOTO
Yolun boşluğundan sui-istifadə edən sürücü qaydaları kobud şəkildə pozdu - VİDEO
Qaydaları hələ də bilməyən “Prius” sürücüsü əks istiqamətə çıxdı; DYP cərimələdi - VİDEO
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi - FOTO
Texniki baxış zamanı saxtakarlıq edənlər nə qazanır? - Ekspert AÇIQLADI
Sürət həddini aşmayan sürücüyə 200 manatlıq cərimə gəlib - VİDEO - FOTO
Özlərini hamıdan ağıllı sayan sürücülər əks yola çıxıb təhlükə yaratdılar - VİDEO
Bu səhvi etməyin, 50 manat cərimə yazılır











