Banner

Sürücülər iki "Toyota"nın toqquşduğu bu qəzadan yayına bilərdimi? - TƏHLİL - VİDEO

Qaydalar 10 Fevral 2025 13:30 Oxunub 676
Sürücülər iki "Toyota"nın toqquşduğu bu qəzadan yayına bilərdimi? - TƏHLİL  - VİDEO
WhatsApp|

Yanvar ayının 16-da paytaxtın Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı video görüntü yayımladıq. Avtosfer.az xəbər verir ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü sola dönən zaman, qarşıdan düzünə hərəkət edən "Toyota Land Cruiser" markalı avtomobillə toquşub. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib. Bu hadisə ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov təhlil aparıb.

O bildirir ki, bu qəzadan hər iki sürücü qaça bilərdi. Əgər onlar ani tormoz verib sükanı 30 dərəcə sağa fırlatsaydılar avtomobillər toqquşmayacaqdı. Həmçinin enli yollarda yaşıl işığın sonuncu saniyəsində yolayrıcına daxil olmaq təhlükəli hesab olunur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh