Sürücülər bu vəziyyətdən narazıdır: Dayanacaq yolun ortasındadır - VİDEO

Bakıda hərəkətin təşkili ilə bağlı məsələ sürücülərin narahatlığına səbəb olur. Bununla bağlı bir neçə oxucu redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirirlər ki, paytaxtın Mikayıl Müşfiq küçəsində hərəkət yenidən təşkil olunan zaman avtobus dayanacağını bildirən 1.17 nişanlanma xətti yolun sağ hərəkət zolağına çəkilib. Avtobuslar dayanacaqda sərnişib mindirib-düşürərkən, digər nəqliyyat vasitələrinin hərəkəti üçün yalnız bir zolaq qalır. Bu isə günün pik saatlarında tıxacın yaranmasına səbəb olur.
Qeydə alınmış videodan da aydın görünür ki, avtobusların dayanması üçün təşkil edilmiş yerin sağ tərəfində 1 zolaq enində boş yer var. Oranı isə təhlükəsizlik adacığı kimi təşkil ediblər. Oxucuların iradını haqlı hesab etmək olar. Çünki 1 zolaq enində olan yeri boş-boşuna təhlükəsizlik adacığı kimi təşkil etmək həqiqətən də mənasızdır. Təhlükəsizlik adacığını kəsərək cip tibli dayanacaq yeri təşkil etmək daha məqsədəuyğun hesab olunur.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar tez bir zamanda sürücülərə çətinlik yaradan bu məsələni aradan qaldıracaq.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










