Sürücülər qayda pozan piyadaları keçidə getməyə məcbur etdilər - VİDEO

Qaradağda piyadaların qaydaları kobud şəkildə pozması sürücüləri əsəbiləşdirib.
Avtosfer.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsindəki marketlərin önündə piyadaların yolu “zebra”dan keçməməsi sürücülərdə narazılıq yaradıb.
Belə ki, Bakı-Şamaxı-Yevlax yolunun qəsəbə ərazisindən keçən hissəsində DYP postunun yaxınlığında 2 xanım piyadanın keçiddən yox, marketin qarşısından yolu keçməsi birmənalı qarşılanmayıb. Sürücülər piyadalara iradlarını bildirmək üçün avtomobillərini dayandırıb və onları keçiddən istifadə etməyi təklif edib.
Sürücülərin fikirlərinin doğru olduğunu və qanunu pozduqlarını bilən piyadalar “zebra”ya doğru irəliləməyə məcbur olub.
Noyabrın 8-i günorta saatlarında baş verən hadisə anı avtomobillərdən birinin videoregistratoru tərəfindən qeydə alınıb.
Səfər
Özünü "avtoş" kimi aparan səfirliyin sürücüsü təhlükə yaratdı - VİDEO
Sürücü maşını məhəllənin girişində saxlayıb səkini də zəbt etdi – 10-RD-199 - FOTO
Gecə vaxtı ruh kimi yolayrıcına girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Avtobusu yolun ortasında saxlayan sürücü sərnişini ölüm təhlükəsinə atdı - VİDEO
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı - FOTO
Avtomobilin qarşısına sürərək qaydanı pozdu - ANBAAN VİDEO
Xanım sürücü avtomobilindəki kağız parçalarını yola səpələdi - 99-GO-866 - VİDEO
Yolunu uzatmamaq üçün qoşa xətdən dönüb qaydanı pozdu - 10-PP-116 - VİDEO
Yasamalda piyada keçidini “dayanacağa” çevirən sürücü - 77-VA-640 - VİDEO
Təmirli yolda nişanları görməzdən gələn sürücü təhlükəli manevr etdi - VİDEO
Maşını yolun ortasına atıb gedən sürücü hamıya mane oldu - 10-AZ-596 - VİDEO










