Sürücülər qayda pozmağa məcbur olur - Səbəb? - VİDEO

Avtobus dayanacağında taksilər dayanır, yer tapmayan avtobuslar yolda dayanır. Gözləməyə səbri çatmayan sürücülər qarşı zolaqa çıxıb hərəkət etdikdə isə ünvanlarına cərimə gəlir. Paytaxtın bir neçə yeri var ki, orda məhz dayanacaqlar zəbt edildiyi üçün sürücülər qayda pozmağa məcbur olurlar. Yolun hətta ortasında saxlayıb sərnişin düşürürlər, nəticədə yolda hərəkət dayanır. Arxadan gələn avtomobillərin sürücüləri isə məcbur qalıb qaydaları pozur və qoşa xəttin üzərindən sürürlər. Nəticə isə təbi ki, cərimədir. Belə mənzərə Bakıda Xalqlar dostluğu və İnşaatçılar metrostansiyalarının qarşısında hər zaman yaranır. Bu hal sürücülərin narazılığına səbəb olur. Mütəmadi olaraq yolun ortasında sərnişin mindirən və düşürən avtobus sürücüləri isə taksi sürücülərini günahlandırır. Çəkiliş apardığımız Xalqlar dostluqu metro stansiyasının yanında avtobusların dayanması üçün ayrılan ərazini göstərən yol nişanın yaxınlıqında yalnız taksiləri gördük.
Məsələ ilə Bakı şəhər Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov bildirir ki, təkcə ötən həftə ərzində reydlər zamanı duracaqdan kənarda saxlayan 100-dən artıq avtobus sürücü cərimələnib, dayanacaqlarda saxlanılan 60 avtombil ekakuasiya edilib, 40 dan çox taksi sürücüdə yerində cərimələnib. Vaqif Əsədovun sözlərinə görə sözü gedən ərazilərdə nəzarətə götürülüb və həmin yerlərdədə belə sürücülərə qarşı mütəmadi reydlər və təbliğat xarakterli kampaniyalar keçirləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












