Sürücülər yollara 552 min manat ziyan vurdu

«2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5769,4 paqonmetr təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və 8 ədəd yol nişanı yararsız hala düşüb, dövlət büdcəsinə ümumilikdə 552 min manat ziyan dəyib». Bu barədə Avtosfer.az-a «Azəryolservis» ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülüb. Belə ki, 201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub. Eyni zamanda, 56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət edilib. Baş vermiş 92 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələri törədənlərin araşdırılaraq tapılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət olunub.
Elmin
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












