Sürücülərə cərimələrlə bağlı XƏBƏRDARLIQ

Saytımıza daxil olan şikayətdə bildirilir ki, sürücü yol hərəkəti qayda pozuntusu ilə bağlı SMS almayıb və cərimədən yalnız sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilən məktub vasitəsilə xəbər tutub. Məktubda EQ üzrə cərimə 2 ay ödənilmədiyi üçün avtomobilin duracağa aparılacağı və sürücülük hüququnun 6 ay məhdudlaşdırılacağı qeyd olunub.
Avtosfer.az xəbər verir ki, Demokrat.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 57-ci və 125-ci maddələrinə əsasən, sürücü barəsində elektron qaydada cərimə tənbehi tətbiq edildikdə, həmin qərar Mərkəzi İnformasiya Sistemi üzərindən ASAN ödəniş sisteminə ötürülür:
“ASAN ödəniş sistemi vasitəsilə də sürücüyə cərimə ilə bağlı məlumat göndərilir. Məlumatlandırma bir neçə üsulla həyata keçirilə bilər. Əgər sürücünün sistemdə elektron poçt ünvanı qeyd edilibsə, məlumat e-mail vasitəsilə göndərilir. Mobil telefon nömrəsi mövcud olduqda isə sürücüyə ASAN ödəniş sistemi üzərindən SMS bildirişi çatdırılır. Bu üsullar mümkün olmadıqda, qərar çap olunaraq poçt vasitəsilə sürücünün ünvanına göndərilə bilər. Əgər poçtla çatdırılma da mümkün olmazsa, sürücü yolda saxlanılarkən ona qərar barədə məlumat verilə bilər. Qanunvericiliyə əsasən, sürücünün cərimə ilə bağlı qərar haqqında mütləq şəkildə məlumatlandırılması vacibdir. Sürücü rəsmi qaydada məlumatlandırılmadığı müddətdə həmin qərar qüvvəyə minmir. Qərar qüvvəyə minmədikdə cərimənin üzərinə faiz hesablanması, nəqliyyat vasitəsinin saxlanılması və ya sürücülük hüququnun məhdudlaşdırılması mümkün deyil”.
O deyib ki, məlumatlandırma baş verdikdən sonra sürücünün qərardan şikayət vermək üçün 20 gün müddəti olur:
“Bu müddət ərzində şikayət edilmədiyi halda qərar qüvvəyə minir. Qərar qüvvəyə mindikdən sonra isə mərhələli şəkildə müvafiq tədbirlər görülə bilər. Belə ki, müəyyən müddət ərzində ödəniş edilmədikdə cərimənin üzərinə faiz tətbiq oluna, daha uzun gecikmə hallarında nəqliyyat vasitəsi saxlanıla və məhkəmə qərarı ilə sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bütün bu tədbirlər yalnız qərar rəsmi qaydada sürücüyə çatdırıldıqdan və qüvvəyə mindikdən sonra tətbiq edilə bilər. Əgər sürücü qərar barədə məlumatlandırıldıqdan sonra cəriməni ödəyərsə, nəqliyyat vasitəsinin saxlanılması dərhal ləğv olunur və sürücülük hüququnun məhdudlaşdırılması məsələsi gündəmdən çıxır. Yəni görülən tədbirlərin əsas məqsədi sürücünü cəzalandırmaq deyil, cərimənin ödənilməsini təmin etməkdir”.
Moped sürücülərini hansı cəzalar gözləyir? - Cərimələr, ballar, həbs - Ekspert AÇIQLADI
Əks zolağa çıxıb “Range Rover”lə boş yolda “şou” göstərdi - VİDEO
Baş yoldakı maşını görməzdən gələn sürücü qəza riski yaratdı - VİDEO
Səhv zolaqda hərəkət edən sürücü qırmızıda şütüyüb keçdi - VİDEO
Səbrsiz sürücü kobud qayda pozaraq yolayrıcında təhlükə yaratdı - VİDEO
Bu yolda sürücülər sağdakı boş yeri bəyənməyib ikinci cərgədə dayanırlar - VİDEO
Sağa dönəcəyini öncədən bilən sürücünün məsuliyyətsiz davranışı təhlükəyə səbəb oldu - VİDEO
Bu yolda diqqətli olun; əyləci basmasanız, maşınınızı konserva bankasına çevirəcəklər – VİDEO
Dönmə işığına arxayın olan sürücü yolu kəsib qəza riski yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girib maşını piyadaların üstünə sürdü - 10-LT-044 - VİDEO
Kobud qayda pozan sürücü təzyiqlərdən sonra görün nə etdi - VİDEO










