"Sürücülərə qarşı bu cərimənin praktikada tətbiqi mümkün deyil" - Ekspert

Avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq emək demək olar ki, mümkün deyil. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında" qanunda sürücülərin nəqliyyat vasitəsini təhlükəsiz idarə etməsi ilə bağlı tələblər var: "O tələblərdən biri də odur ki, nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlər etmək olmaz. Ümumiyyətlə, əsas diqqət nəqliyyat vasitəsinin idarə olunmasına, yol hərəkət şəraitinə nəzarətə yönəlməlidir. Əgər insan avtomobili idarə edən zaman davamlı söhbət edərsə, telefonla danışarsa, hətta müxtəlif işlərlə məşğul olarsa, məsələn, yemək yeyər, su içər, siqaret çəkərsə, təhlükə artır, nəqliyyat vasitəsinə nəzarət zəifləyir. Bu cür hərəkətlərin bəzilərinə cərimə nəzərdə tutulur, bəzilərinə tutulmur. Ancaq nəzərdə tutulan cərimələri də tətbiq etmək, demək olar ki, mümkün deyil".
Ə.Hüseynovun sözlərinə görə, "nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlərdə iştirak etmək olmaz ifadəsi" özü də mücərrəd ifadədir: "Diqqəti yayındıran söhbəti kənardan necə müəyyən etmək olar? Necə müəyyən etmək olar ki, bu söhbət adi işgüzar, yoldaşcasına söhbətdir, yoxsa diqqəti yayındıran söhbət? Birincisi, bunu qiymətləndirmək mümkün deyil, ikincisi isə bunu praktiki olaraq qeydə almaq mümkün deyil. Məsələn, avtomobili idarə edərkən telefonla danışan zaman bunu praktiki görmək, şəklini çəkmək olur, ancaq söhbətin diqqəti yayındıran söhbət olmasını necə müəyyən etmək olar? Diqqəti yayındıran söhbətlərdə iştirak etməklə bağlı qadağa, cərimə var, amma onu tətbiq etmək qeyri-mümkündür. Ona görə də bu cərimənin indiyə qədər praktikada tətbiqi sıfıra bərabər olub, bundan sonra da belə olacaq. Ancaq sürücülər öz təhlükəsizlikləri, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün bu məsələlərdə diqqətli olmalı, təhlükə yaradan hərəkətlərə yol verməməlidirlər".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












