Sürücülərə və ustalara şad xəbər - İki maddə qanundan çıxarıldı

Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb. Avtosfer.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirə edilib. Belə ki, Məcəllədən 342.1.2 maddəsi çıxarılması təklif olunub. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Layihəyə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılıb.
Bundan başqa, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə cəzanın qanunvericilikdən çıxarılması təklif olunub.
İnzibati Xətalar Məcəlləsinin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilib. Bundan əlavə, maddənin adındakı “və təmiri qaydalarının pozulması” sözləri də çıxarılıb.
Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












