Sürücüləri təhlükəyə atan şəxs saxlanıldı; maşın duracağa aparıldı - VİDEO

Görüntülər yayıldıqdan dərhal sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Avtosfer.az xəbər verir ki, Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün Cəlilabad rayonu Şıxlar kənd sakini Mənsimov Natiq Davud oğlu olduğu müəyyən edilib və o saxlanılıb.
Nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq sürücü barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.
*** 15:30
Bakı-Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-a daxil olan məlumata görə, hadisə aprelin 19-da saat 10:07 radələrində qeydə alınıb. Video izləyicilərdən biri tərəfindən saytın “Instagram” hesabına göndərilib.
Kadrlardan aydın olur ki, 15-BL-502 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq bu vəziyyətdə hərəkətini davam etdirib. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, o, son anda sağa manevr edərək baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Nərmin
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












