Sürücülərin bu qayda pozuntusu yolda hərəkəti iflic edir - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində sürücülərin intizamsızlığı səbəbindən sıxlıq yaranır. Avtosfer.az xəbər verir ki, buna misal olaraq Ziya Bünyadov prospektini göstərmək olar. Belə ki, körpüyə qalxan hissədə sürücülər sıxlıqda qalmamaq üçün sağdakı boş zolaqlarla hərəkət edərək son anda sola manevr edirlər. Bu səbəbdən körpünün girişində sıxlıq yaranır. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, bir neçə minik avtomobilinin, avtobusun və yük avtomobilinin bu formada hərəkət etməsi yolda sıxlığa səbəb olub. Ən pisi isə odur ki, sürücülərin yaratdığı bu vəziyyət yoldakı ümumi hərəkəti iflic edir. Süni şəkildə tıxacın yaranmaması üçün, körpü istiqamətinə hərəkət edən sürücülərin öncədən sol zolaqlarda yerləşməsi vacib hesab olunur.
Fərid
Bir həftəlik qazancını 30 saniyəyə qurban verən moto kuryer - VİDEO
Qabağa düşmək istəyən taksi sürücüsü əks yola çıxıb ötmə etdi - VİDEO
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO
Getdiyi yerdə qəfil tormoz verən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO
Qəza işıqlarını yandırıb yolayrıcını zəbt edən sürücü hərəkəti əngəllədi - VİDEO
Sumqayıtda avtobus yol hərəkəti qaydalarını pozdu - VİDEO
Səkidə parklanan maşın əlilin hərəkətinə maneə yaratdı – 77-UX-158 - VİDEO










