Banner

Sürücülərin diqqətinə! Bu yolda diqqətli olun, qaranlıqda qarşınıza qəfil piyada çıxa bilər - VİDEO

Qaydalar 19 İyun 2025 16:30 Oxunub 1514
Sürücülərin diqqətinə!  Bu yolda diqqətli olun, qaranlıqda qarşınıza qəfil piyada çıxa bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda elə bir ərazi var ki, həmin hissə bir neçə rayonun ərazisinə düşdüyü üçün hər rayon məsuliyyəti öz üzərindən atmaqla məşğul olur.

Avtosfer.az xəbər verir ki, Ziya Bünyadov prospektinin bir hissəsi Nəsimi, bir hissəsi Binəqədi, bir hissəsi isə Nərimanov rayonunun payına düşən ərazidə vətəndaşların narazılığına səbəb olan şərait yaranıb. Yaranan vəziyyət həm də sürücüləri narahat edir.

Belə ki, “20 Yanvar”  metrosundan Ziya Bünaydov prospektinə doğru irəliləyərkən DİN Çevik Polis Alayının binasına çatmamış yerüstü keçid quraşdırılıb. Buna baxmayaraq, ərazidə yaşayan piyadalar həmin keçiddən istifadə etmirlər. Ərazini işıqlandırmağı üzərinə götürməyən icra hakimiyyətləri vətəndaşları yerüstü keçiddən də istifadə etməyə şərait yaratmayıb. Mütəxəssislərin fikrincə, həmin hissədə yerüstü keçidə ehtiyac yoxdur. Onsuz da, köməkçi yoldur və sürət də həmişə aşağı olur. Buna görə o hissədə “zebra” təşkil edilməli və ərazi daha diqqət çəkəcək formada işıqlandırılmalıdır. Əks halda, ərazidə ağır yol-nəqliyyat hadisələrinin baş verməsi intensivləşəcək.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh