Sürücülərin evakuasiya dərdi - 20 manatı nağd ver, 20 manatı banka ödə - VİDEO

Dayanma-durmanı pozan sürücülərin maşınları cərimə meydançasına aparılır. Sürücü buradan avtomobilini götürmək istəyəndə isə evakuatorun pulu ondan nağd şəkildə istənilir. Bəs digər cərimələr kimi bu cərimədə niyə bank yolu ilə yox, məhz nağd şəkildə həyata keçirilir? Yəni istənilən inzibati xətanın cəriməsini ödəmək üçün vətəndaşa möhlət verildiyi halda avtomobillər cərimə meydançasına aparıldıqda evakuator xərci sürücülərdən nağd tələb edilir. Doğrudur, qanunvericilik evakuator xərcinin yerində ödənilməsini qadağan etmir. Amma bunun birmənalı hökm formasında da qoymur.
Ekspert Ərşad Hüseynov deyir ki, sürücülər üçün problem yaradan bu yanaşma əslində hüquqi cəhətdən ziddiyyətlər var. Belə ki, istənilən cərimə ilə bağlı protokol tərtib edildikdən sonra sürücünün 10 gün ərzində etiraz etmək hüquq var. Tutaq ki, sürücü avtomobilini evakuator xərcini ödədikdən sonra tərtib olunan protokolla razılaşmadı və etirazı təmin olundu. Bəs belə olan halda onun ödədiyi pul necə qaytarılmalıdır. Bir çox hallarda heç sürücüyə həmin ödənişə görə qəbz də verilmir. Ekpsertlərin fikrincə, bütün bu neqativ halların və ziddiyyətin aradan qaldırılması üçün bütün evakuasiya xərci də banklara ödənilməlidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












